Ərdoğan: Türkiyə qlobal böhranlardan kənardadır
Prezident Ərdoğan dünyada enerji və iqtisadi sahədə ciddi böhranların yaşandığını, Hörmüz boğazının bağlanmasının neft və qaz qiymətlərini artırdığını bildirib. Buna baxmayaraq, Türkiyənin enerji təminatı və tədarükündə problem olmadığını, enerji mənbələrinin şaxələndirilməsi siyasətinin düzgün olduğunu vurğulayıb.
Ərdoğan ərzaq və gübrə təminatı ilə bağlı əvvəlcədən tədbirlər görüldüyünü, yanacağın bahalaşmasının "eşel-mobil" sistemi vasitəsilə vətəndaşlara hiss etdirilmədiyini qeyd edib. Turizm və ixracat sahələrinə kredit dəstəyi verildiyini deyən Ərdoğan, Türkiyənin qlobal böhranlara baxmayaraq sabitliyini qoruduğunu bildirib.
TRT HABER
Mələk Hüseynova