00:00:00
Yazar
Aise Mustafayeva
13.11.2026 21:49 17 1 dəq oxuma
Dünya

Ərdoğan və Qətər əmiri arasında görüş keçirilib: 5 müqavilə imzalanıb

 

 

Ərdoğan və Qətər əmiri arasında görüş keçirilib: 5 müqavilə imzalanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Əmiri Şeyx Təmim bin Hamed Əl Sanini İstanbulda, Dolmabahçe Prezident Ofisində rəsmi mərasimlə qarşılayıb.

 

Təkbətək və nümayəndə heyətləri səviyyəsində keçirilən görüşlərdə Türkiyə-Qətər münasibətləri, regional və qlobal məsələlər, Qəzzadakı humanitar vəziyyət, Suriya və Liviyadakı son hadisələr müzakirə olunub.

 

Görüş çərçivəsində iki ölkə arasında ticarət, təhsil, diplomatiya və müdafiə sahələrini əhatə edən beş müqavilə imzalanıb. Sənədlər arasında qarşılıqlı müdafiə sazişi, təhsil sahəsində əməkdaşlıq sazişi və sülh, barışıq və münaqişələrin həlli üzrə anlaşma memorandumu da yer alıb.

 

Qeyd edək ki, imzalanma mərasimi Türkiyə-Qətər Ali Strateji Komitəsinin 12-ci iclası çərçivəsində baş tutub.

 

TRT HABER 

Selcan Xudiyeva 

#əmiri #imzalanıb #yeni #baki #görüş
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər