00:00:00
Yazar
Admin User
03.11.2025 18:24 95 1 dəq oxuma
İdman

“Real Madrid” üçün “Liverpul” matçı öncəsi son məşq

“Real Madrid” üçün “Liverpul” matçı öncəsi son məşq

“Real Madrid” Çempionlar Liqasının dördüncü turunda (çərşənbə axşamı, saat 23:59 Bakı vaxtı) Anfildə “Liverpul”a qarşı oynayacaq. Komanda qarşılaşmadan öncə Madrid bazasında son məşqini keçirib.

 

Məşq zalda və meydançada isinmə ilə başlayıb, daha sonra futbolçular pressinq və taktiki çalışmalar üzərində işləyiblər. Kiçik sahədə oyun və qapıya zərbələrlə məşq yekunlaşıb. Rüdiger, Alaba və Karvaxal bərpa proqramlarını davam etdirib, Mastantuono isə zalda fərdi məşq edib.

 

Real Madrid CF

Mələk Nəsirli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər