00:00:00
Yazar
Admin User
05.12.2025 18:23 84 1 dəq oxuma
Sosial

Regionda zəlzələ risklərinin artması

Regionda zəlzələ risklərinin artması

Son günlər bölgədə qeydə alınan yeraltı təkanlar mütəxəssislərin diqqətini cəlb edib. Seismoloji mərkəzlər aktivliyin artdığını bildirir və bu vəziyyət əhalidə narahatlıq yaradıb. Hazırkı durum həm təhlükəsizlik tədbirlərinin gücləndirilməsini, həm də mümkün risklərin ictimaiyyətə daha şəffaf şəkildə çatdırılmasını gündəmə gətirir.

 

Mövzu ilə bağlı ekoloq Ənvər Əlibəyli "İnformator.az" saytına açıqlamasında bildirib ki, 2020-ci ildən bu yana zəlzələlər artıb və artmaqda davam edəcək:

 

"Ölkəmiz coğrafi cəhətdən — Ərəb plitəsi ilə Avrasiya plitəsi arasındakı tektonik toqquşma zolağında yerləşir. Bu plitələrin qarşılıqlı hərəkəti, sıxılma və təkan mexanizmləri yeraltı təkanlara (zəlzələlərə) səbəb olur.

2020-ci illərdən bu yana regionda qlobal miqyasda seysmik və tektonik aktivliyin artması müşahidə olunur. Bu da ölkəmizin seysmik zonalarında — o cümlədən dəniz sahələrində (məsələn, Xəzər dənizi) — artan mikro- və kiçik zəlzələ sıxlığı kimi görünür.

Yəni bu, sadəcə “mövsümi təsirlər” deyil — uzunmüddətli tektonik proseslər, plitələrin bir-birinə təzyiqi və geoloji quruluşun mürəkkəbliyi əsas səbəblərdir. Son araşdırmalarda isə respublikadakı zəlzələ episentrlərinin çoxsaylı klasterlər halında toplandığı və bəzi seysmik aktiv bölgələrin daha sıx “episentr cəmləri” yaratdığı göstərilib".

 

Ayisə Şərifova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər