00:00:00
Yazar
Səadət Əlizadə
17.08.2026 20:35 31 1 dəq oxuma
Araşdırma

Reseptsiz dərman satışı insan sağlamlığı üçün hansı riskləri yaradır?

 

Reseptsiz dərman satışı insan sağlamlığı üçün hansı riskləri yaradır?

Apteklərdə bəzi dərmanların reseptsiz satılması insanların həkim məsləhəti olmadan özbaşına müalicəyə üz tutmasına səbəb ola bilər. Xüsusilə ağrıkəsici, soyuqdəymə və digər preparatların nəzarətsiz istifadəsi düzgün olmayan müalicə, yan təsirlər və sağlamlıq üçün əlavə risklər yarada bilər.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında professor Adil Qeybulla bildirib ki,  ümumiyyətlə, dünyanın hər yerində bəzi ağrıkəsicilər, məsələn, ibuprofen, aspirin və parasetamol marketlərdə, apteklərdə isə sərbəst şəkildə satılır:

 


“Qalan dərmanların isə həkim resepti olmadan satışına icazə verilmir. Bu dərmanların hər biri dövriyyədə olur. Əvvəla, dərman dövriyyəsinə nəzarət, ikincisi, xəstələrin icbari tibbi sığortaya və sığorta paketlərinə cəlb olunması, digər tərəfdən isə insanların özbaşına müalicədən çəkindirilməsi -
bütün bunlar dünyanın inkişaf etmiş ölkələrində bu cür qaydaların tətbiqinə səbəb olub.

Məsələ burasındadır ki, bizdə dərmanların bu cür sərbəst satışı, əslində, apteklərin özlərinin çətin iş şəraiti ilə də bağlıdır. Apteklərin sayı həddindən artıq çoxdur, onların fəaliyyət göstərməsi çətindir. Eyni zamanda, dərman satışı ilə məşğul olan apteklər vergi ödəyicisidir və bunu da nəzərə almaq lazımdır.

Lakin bu məsələlər qaydaya salınsa, bütün apteklər icbari tibbi sığorta sisteminə cəlb olunsa, mən düşünürəm ki, burada qayda-qanun yaratmaq mümkündür. Ən əsası isə bunun üçün siyasi iradə və maraq olmalıdır”.

 

Səadət Əlizadə

#yaradır? #insan #yeni #sağlamlığı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər