Restoran işçisi oğurluğun qarşısını almağa çalışdı - HƏYATINI İTİRDİ
Fransada oğurluq cəhdinin qarşısını almağa çalışan restoran işçisi vəfat edib.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Fransanın Villeurbanne şəhərindəki restoranlardan birində oğurluq cəhdinin qarşısını almağa çalışan işçi həyatını itirib.
Fransa mətbuatında yer alan xəbərə görə, yerli vaxtla saat 03:30-da maskalı oğru Villeurbanne şəhərində fast food restoranına daxil olub.
Əlində tüfəng olan oğru restoran işçilərindən seyfdəki pulu vermələrini istəyib və bu zaman ona stul atan işçiyə atəş açıb. Daha sonra oğru hadisə yerindən qaçıb, xəstəxanaya aparılan işçi isə dünyasını dəyişib.
Aydan
