Rihanna üçüncü övladına xüsusi ad verib
Pop ulduz Rihanna üçüncü övladını – qız uşağını dünyaya gətirib.
Körpəyə atasının səhnə adından ilhamlanan, yalnız bir hərfi fərqli olan ad qoyulub - Rocki Irish Mayers. Rihanna 13 sentyabrda doğulan qızını Instagramda paylaşaraq, onu qucaqladığı şəkil və kiçik çəhrayı boks əlcəkləri ilə birlikdə elan edib.
Cütlüyün artıq iki oğlu var - Riot və RZA.
Xəbər sosial şəbəkələrdə böyük sevincə səbəb olub – paylaşım cəmi iki saat ərzində 5 milyondan çox bəyənmə toplayıb. Bir neçə həftə əvvəl isə Barbadoslu məşhur öz ilk albomunun çıxışının 20 illiyini qeyd edib.
Banuçiçək Məmmədova
BBC NEWS
