Riyad İrana casusluqda ittiham edilən 27 nəfəri məhkəməyə verəcək
Səudiyyə Ərəbistanının Baş prokuroru Tehran üçün kəşfiyyat məlumatları toplayan 27 nəfəri məhkəməyə verəcək.
Səudiyyə Ərəbistanının Baş prokuroru Tehran üçün kəşfiyyat məlumatları toplayan 27 nəfəri məhkəməyə verəcək.
İnformator.az xəbər verir ki, “Məkkə” gündəlik qəzetinin məlumatına əsasən, Səudiyyə Ərəbistanının İstintaq komitəsi və prokurorluğu təqsirləndirilən şəxslərə qarşı bir neçə ittiham irəli sürüb. Həbs edilənlərin əksəriyyəti Səudiyyə vətəndaşlarıdır.
Məhbuslar 2013-cü ilin martında Riyadda həbs edilib. Qəzetin məlumatına görə, həbs edilənlərdən 21 günahını etiraf edib.
