00:00:00
Yazar
Ayan Sadi
18.11.2026 11:13 86 1 dəq oxuma
Dünya

Robert Pattinson yeni Ceyms Bond obrazını canlandıracaq

Robert Pattinson yeni Ceyms Bond obrazını canlandıracaq

Amazon MGM Studios britaniyalı aktyor Robert Pattinsonun növbəti Ceyms Bond filminin baş roluna seçildiyini açıqlayıb. Beləliklə, aktyor Deniel Kreyqdən sonra məşhur 007 obrazını canlandıran yeni sima olacaq. Pattinson daha əvvəl “Twilight” film seriyası və “The Batman” ekran işi ilə tanınıb. Yeni Ceyms Bond filminin rejissoru Denis Vilnöv, ssenari müəllifi isə “Peaky Blinders” serialının yaradıcısı Stiven Nayt olacaq. Filmin çəkilişlərinə yaxın vaxtlarda başlanılması nəzərdə tutulur.

 

 

Ceyms Bond roluna kimin seçiləcəyi ilə bağlı müzakirələr Deniel Kreyqin 2021-ci ildə franşiza ilə vidalaşmasından sonra gündəmdə idi. Bu müddətdə bir sıra tanınmış aktyorların adları mümkün namizədlər arasında çəkilsə də, yekun seçim Robert Pattinsonun üzərində dayanıb. Rejissor Denis Vilnöv aktyorun obrazın klassik xüsusiyyətlərini qorumaqla yanaşı, ona yeni yanaşma gətirəcəyinə inandığını bildirib. Yeni filmin süjeti və aktyor heyətinin digər üzvləri barədə isə hələlik ətraflı məlumat açıqlanmayıb.

 

 

Aynur Əhmədli

#robert #gündəm #bond #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər