00:00:00
Yazar
Admin User
03.12.2025 16:59 247 2 dəq oxuma
Sosial

Robot-jurnalistlər xəbər sahəsində insanı əvəz edə bilərmi?

Robot-jurnalistlər xəbər sahəsində insanı əvəz edə bilərmi?

Son illərdə süni zəka texnologiyaları jurnalistikanın qapılarını tamamilə dəyişir. Artıq bəzi xəbərləri robotlar hazırlayır və minlərlə insanın izlədiyi portal və qəzetlərdə yayımlayır. Bu texnologiya sürətlə inkişaf etdikcə, sual yaranır: İnsan jurnalistlərin rolu təhlükə altına düşürmü, yoxsa süni zəka onları dəstəkləyən bir vasitə ola bilər?

 

Mövzu ilə bağlı media eksperti Hacıbəy Heydərli “İnformator.az”a olan açıqlamasında bildirib ki, süni intellektin verdiyi imkanlar jurnalistlərin işini asanlaşdırıb:

 

“Süni intellektin inkişafı ən çox media sahəsinə təsir edib. Bu da təsadüfi deyil, çünki süni intellektin inkişafı ilə sosial şəbəkələr yeni məcraya keçib. Süni intellektin verdiyi imkanlar jurnalistlərin işini asanlaşdırıb. Məsələn, korrektorlara artıq ehtiyac qalmır, xəbər yazmaq da bir qədər asanlaşıb. Eyni zamanda dünyada süni intellekt aparıcıları da çoxalıb. Bu, jurnalistikaya və mediaya çox təsir edir. Artıq robot jurnalistlər ənənəvi jurnalistləri üstələyir. Biz çalışmalıyıq ki, jurnalistlər bu imkanlardan istifadə edib bilik və bacarıqlarını artırsınlar, süni intellektlə birlikdə fəaliyyət göstərsinlər. Bu, qorxulu hal deyil, əksinə, jurnalistlər daha çox aktiv olmalıdırlar. Araşdırmalar, reportajlar daha çox artmalıdır ki, jurnalistlər robot jurnalistlərdən geri qalmasınlar. Təbii ki, robotların hazırladıqları xəbərlər də insan əməyidir. Onlar sıfırdan hazırlamırlar, sadəcə jurnalistlərin əməklərini daha asanlaşdırırlar. Süni intellektin hazırladıqları mətnlər jurnalistlər tərəfindən araşdırılmalıdır, tam düzgün formaya gətirilməlidir, daha sonra ictimaiyyətə təqdim olunmalıdır. Burada əsas məqam da jurnalistin öz dünyagörüşü və intellektuallığı öndə olmalıdır ki, o, süni intellektlə hazırlanan xəbərlərdə öz mövqeyini ortaya qoya bilsin. Yəni jurnalist süni intellektdən sadəcə kömək, alət olaraq istifadə etməlidir. Əgər tamamilə süni intellektdən istifadə edilərsə, artıq növbəti mərhələlərdə jurnalistlərə inam itəcək. Robot jurnalistlərin xəbərlərində səhv və yanlış məlumat riski böyükdür, çünki onlar məlumatları internetdən götürürlər, özləri emal etmirlər. Jurnalistlər isə bu məlumatları dəqiqləşdirib, bütün səhvləri düzəldib ictimaiyyətə düzgün formada çatdırmalıdırlar”.

 

Eslanda Kulieva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər