00:00:00
Yazar
Güllər Gülhüseynova
19.08.2026 22:13 11 2 dəq oxuma
Maraqlı

Robotlar da bəxşiş istəyir: Pulu əslində kim alır?

Robotlar da bəxşiş istəyir: Pulu əslində kim alır?

Xidmət sektorunda robotların istifadəsinin artması yeni bir tendensiyanı ortaya çıxarıb. Artıq bəzi robotlar müştərilərdən xidmətə görə bəxşiş də istəyirlər.

 

ABŞ-nin Las-Veqas şəhərində yerləşən The Tipsy Robot barında kokteyllər robot qollar tərəfindən hazırlanır. Müştəri ekranda içki seçdikdən sonra robotlar onun hazırlanması və təqdim edilməsini həyata keçirir. Lakin 17 dollarlıq kokteylin üzərinə əlavə olaraq 10 faiz xidmət haqqı da hesablanır.

 

Oxşar vəziyyət Nyu-Yorkdakı Artly Coffee kafesində də müşahidə olunub. Newark Liberty Beynəlxalq Hava Limanında yerləşən işçisiz köşkdə isə özünəxidmət aparatı su alarkən müştəriyə bəxşiş verməyi təklif edib.

 

Oreqon ştatının Portlend şəhərindəki Top Burmese restoranında isə sifarişi insan əməkdaş qəbul etsə də, yeməyi müştəriyə robot çatdırır.

 

Məlumata görə, The Tipsy Robot və Artly Coffee şirkətləri robotlar vasitəsilə toplanan bəxşişlərin insan əməkdaşlar arasında bölüşdürüldüyünü, şirkətlərin isə həmin vəsaitdən pay almadığını bildirirlər. Artly Coffee daha sonra bəxşiş təklif edən funksiyanı deaktiv edib.

 

Bununla belə, ekspertlər robotlara bəxşiş verilməsinin xidmət sektorunda yeni mübahisələr yarada biləcəyini düşünürlər. Lehigh Universitetinin siyasi elmlər üzrə dosenti Holona Ochs bəzi işəgötürənlərin robotlara verilən bəxşişləri özləri götürə biləcəyini istisna etmir.

 

Ekspertə görə, əsas sual robotlara verilən bəxşişdən kimin faydalandığı və bunun əvəzini kimin ödədiyidir.

 

Robotların xidmət sektorunda daha geniş tətbiqi fonunda bəxşiş mədəniyyətinin də necə dəyişəcəyi isə hələlik açıq sual olaraq qalır.

 

Güllər Gülhüseynova

#robotlar #yeni #azərbaycan #alır?
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər