00:00:00
Yazar
Admin User
26.06.2025 06:43 141 1 dəq oxuma
Dünya

Rosaviatsiya İsrail və Qətərə uçuşlara icazə verib, İrana qadağanı uzadıb

Rosaviatsiya İsrail və Qətərə uçuşlara icazə verib, İrana qadağanı uzadıb

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsiya) İsrail və Qətərə uçuşların bərpasına icazə verib, İrana isə uçuş qadağasını uzadıb.


Rosaviatsiyanın yaydığı yazılı açıqlamada, Yaxın Şərqdəki hadisələrin izlənməyə davam edildiyi bildirilib.


Buna görə, açıqlamada Qətərə uçuşların yenidən başlamasına icazə verildiyi qeyd olunub, İsrailə isə Moskva vaxtı ilə saat 01:00-dan 07:00-a qədər olan zaman intervalı istisna olmaqla uçuşlara icazə verildiyi bildirilib.


İrana uçuş qadağasının uzadıldığına diqqət çəkilən açıqlamada, İordaniya və İraq hava məkanından istifadə ilə bağlı qadağanın da davam edəcəyi vurğulanıb.


Açıqlamada həmçinin bildirilib: “Vəziyyətdə hər hansı dəyişiklik baş verərsə, bu barədə məlumatlar dərhal Rusiya hava nəqliyyatı daşıyıcılarına çatdırılacaq”.


TRT HABER
Solmaz Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər