“Rəqəmsal bankçılıq dünyada yayılmış faktordur”
Azərbaycan Mərkəzi Bankında (AMB) mikromaliyyə sektorunun imkanlarının genişləndirilməsi müzakirə edilib. Qurumun baş direktoru Fuad İsayev "Azərbaycan Mikromaliyyə Assosiasiya" İctimai Birliyinin rəhbərliyi, ona üzv və qeyri-üzv bank olmayan kredit təşkilatlarının (BOKT) rəhbər heyəti ilə görüşüb.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli "İnformator.az"a açıqlamasında bildirib ki, məzənnənin sabit saxlanılması idxal-ixrac əməliyyatlarında biznesin önünü görməyə və yaxın müddət üçün strateji planlar qurmağa imkan yaradır:
"Yəni sahibkar bilir ki, məzənnə dəyişməyəcəksə, o zaman fəaliyyətini daha dəqiq planlaşdıra bilər. Digər ölkələrdə, məsələn, Türkiyədə üzən məzənnə rejiminə görə iş adamları qiymətə risk marjası əlavə edirlər. Çünki valyutanın dəyərdən düşəcəyini gözləyirlər. Rəqəmsal bankçılıq dünyada yayılmış faktordur və son zamanlar Azərbaycanda da geniş yayılır".
Günel Əlili
