00:00:00
Yazar
Admin User
10.12.2025 18:46 106 2 dəq oxuma
Sosial

Rəqəmsal təhlükəsizlik və şəxsi məlumatların qorunması

Rəqəmsal təhlükəsizlik və şəxsi məlumatların qorunması

Texnologiyanın sürətlə inkişafı ilə insanların gündəlik həyatı daha çox rəqəmsallaşır: bank əməliyyatları, sosial şəbəkələr, elektron dövlət xidmətləri artıq hər kəsin həyatının bir hissəsidir. Bu isə şəxsi məlumatların təhlükəsizliyini daha vacib edir. Son illər kibertəhlükəsizlik hadisələrinin artması, fişinq hücumları, hesabların oğurlanması və məlumatların yayılması istifadəçilərin narahatlığını artırır. Ekspertlər bildirir ki, rəqəmsal savadlılıq aşağı olduqda insanlar internetdə özlərini daha çox riskə atırlar. Buna görə də həm dövlət qurumları, həm də vətəndaşlar məlumatların qorunması məsələsinə daha ciddi yanaşmalıdır.

 

Mövzu ilə bağlı kompüter mühəndisi Amin Abbasov “İnformator.az” saytına açıqlamasında bildirib ki, kibertəhlükəsizlik ümumi təhlükəsizliyin artırılmasına xidmət edir:

 

"Azərbaycanda rəqəmsal təhlükəsizlik sahəsində artan risklər son illər həm vətəndaşları, həm də dövlət qurumlarını daha ehtiyatlı olmağa məcbur edir. Ən çox rast gəlinən təhdidlər sırasında fişinq hücumları, sosial şəbəkə hesablarının ələ keçirilməsi, bank kartı məlumatlarının oğurlanması, zərərli proqram təminatlarının yayılması və DDoS hücumları xüsusi yer tutur. Mobil tətbiqlər və saxta investisiya platformaları vasitəsilə edilən dələduzluq halları da geniş yayılaraq rəqəmsal mühitə yeni risklər əlavə edir.

 

Bu şəraitdə vətəndaşların şəxsi məlumatlarını daha yaxşı qoruması vacibdir. Güclü və müxtəlif şifrələrdən istifadə etmək, iki mərhələli identifikasiya sistemini aktivləşdirmək, tanımadıqları linklərə daxil olmamaq və sosial şəbəkələrdə məxfilik ayarlarını düzgün tənzimləmək əsas təhlükəsizlik addımları sayılır. Cihazların antivirus proqramları ilə qorunması və yalnız rəsmi mənbələrdən tətbiq yüklənməsi də məlumatların sızmasının qarşısını almaqda mühüm rol oynayır.

 

Dövlət qurumları da kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində müxtəlif addımlar atır. İnformasiya sistemlərinin təhlükəsizlik standartlarına uyğunlaşdırılması, mütəmadi sistem auditi, məlumatların ehtiyat nüsxələrinin saxlanılması və insidentlərin CERT.AZ tərəfindən monitorinqi bu sahədə görülən əsas işlərdəndir. Qurum əməkdaşları üçün təlimlərin təşkili, yeni kibertəhlükəsizlik strategiyalarının hazırlanması və vətəndaşların maarifləndirilməsi də ümumi təhlükəsizliyin artırılmasına xidmət edir".

 

Ayisə Şərifova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər