Rəqəmsal yaddaş-unudulmaq mümkündürmü?
İnsan yaddaşı zamanla silinir, solur, bəzən tamamilə yox olur. Amma rəqəmsal yaddaş fərqlidir-internet heç nəyi tam “unudurmuş” kimi görünmür. Silinən şəkillər, yazılan sözlər, paylaşılan xatirələr bir yerdə qalır. Bəs bu dünyada “unutmaq” hələ də mümkündürmü? Əgər texnologiya hər şeyi xatırlayırsa, insan necə azad ola bilər?
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında jurnalist İlkin Məmmədkərimli bildirib ki,rəqəmsal yaddaş texnologiya vasitəsi ilə saxlanılan faylların-fotoşəkil,səs yazısı,videoların saxlanıldığı yaddaşa deyilir:
"Əslində internetdə paylaşılan, sosial şəbəkələrdə, saytlarda, istərsə də telefonumuzda sildiyimiz hər hansı bir fayl silinmir. O,serverlərdə toplanır. Bizə silinən kimi görsənir, amma o heç bir halda silinə bilməz. Çünki onlar fayl şəklində datalar texnologiya şirkətləri vasitəsi ilə toplanır. Lazım olduqda texnologiya şirkətləri özləri istifadə edə bilirlər. Onlara maraqlı olanda istifadə edə bilirlər. Məsələn: marketinq baxımından araşdırmalar aparanda hansısa bir şirkətlərə satırlar məlumatları. Texnologiya şirkətləri hər hansı bir sahədə fəaliyyət göstərən şirkətlərə öz xidmətlərini təklif edən şirkətlərdir. Bizim məlumatlarımı satırlar, onlar bizim məlumatlarımızı analiz edib, ona uyğun bizim təlabatlarımızı öyrənir və ona uyğun bizə təlabatlar təklif edirlər. Məsələn: zövqlərimiz nələrdir,nələrdən xoşumuz gəlir və ya nələrdən xoşumuz gəlmir. Buna uyğun öz təlabatlarını təkmilləşdirirlər. Rəqamsal yaddaş isə ümumiyyətlə insanı dəyişdiir. Bu o deməkdir ki, artıq insanları hər hansı bir şeyi əzbərləməyə ehtiyacı yoxdur, hər bir şey mobil telefonun, kompüter yaddaşında saxlanılır. İnsanlarım həyatını daha da asanlaşdırır".
Gövhər Mehyəddinova
