00:00:00
Yazar
Admin User
15.09.2025 17:25 187 1 dəq oxuma
Mədəniyyət

Rəssamlıqda yeni baxış bucağı

Rəssamlıqda yeni baxış bucağı

Rəssamlıq insanın daxili dünyasını rənglər və formalarla ifadə etdiyi ən qədim sənət növlərindən biridir. Müasir dövrdə rəssamlıq təkcə estetik dəyər daşımır, həm də sosial mesajların, ideyaların və emosiyaların çatdırılmasında mühüm rol oynayır. Gənc və təcrübəli rəssamlar fərqli üslublarla sənətsevərlərə yeni baxış bucaqları təqdim edirlər.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında rəssam Aqşin Feyzullayev bildirib ki, rəssamlığa marağın azaldığını düşünmür:

 

“Əksinə bu günlərdə rəssamlıq sənətinə maraq ötən illərə nisbətən daha çoxdur. Çünki bu sənətə diqqət var. Həm Leyla xanım Əliyeva, həm Arzu xanım sərgilərə intensiv şəkildə gedirlər. Bu da cavan rəssamları işləməyə, bu sənətə meyil göstərməyə vadar edir. Həmçinin  rəssamlıq sənəti zövqün formalaşmasında rol oynayır. Rəssam olan insan həm tikintidə, həm də moda da zövqlü olur. Sözsüz ki, moda da rəssamlığın bir növüdür. Amma ki, rəssam bir şəxs bütün sahələrdə rəngləri düzgün görür, həyata baxışı fərqli olur, insanlara münasibəti müxtəlif və səmimi olur. Mən belə düşünürəm”.

 

Müsahibimiz eyni zamanda bildirib ki, üslublar dəyişə bilir:

 

“Bu normal haldır. Bu zamanla ayaqlaşmaq, işlədikcə sevib onu davam etdirməkdir. İnsan ömür boyu axtarışdadır. Mən hesab edirəm ki, üslubların bu cür olması normaldır. Gənclər öz daxili aləmlərinə uyğun olanın üzərində işləyəcəklər”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər