00:00:00
Yazar
Nərmin Həşimova
28.05.2026 18:07 16 2 dəq oxuma
Siyasət

Rubio İranla razılaşmada irəliləyiş əldə oluna biləcəyini deyib- ŞƏRH

Rubio İranla razılaşmada irəliləyiş əldə oluna biləcəyini deyib- ŞƏRH

ABŞ yaxın saatlarda İranla razılaşmada irəliləyişə ümid edir.

Bu barədə ABŞ dövlət katibi Marko Rubio Ağ Evdə iclas zamanı məlumat verib.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki,İranla ABŞ arasında danışıqlar prosesi mürəkkəb və ziddiyyətli olduğu üçün konkret hansı nəticələrin əldə olunacağı müəmmalıdır:


“Təbii ki, danışıqların reallıqlara uyğun aparılması müəyyən razılığa gətirib çıxara bilər. Ancaq tərəflər özlərini qalib hesab etdikləri üçün kompromis imkanları məhduddur. Bu cür dalana dirənən durumda müəyyən yolun açılması üçün mütləq ya tərəflərin hər ikisi ya da biri geri çəkilsin. Razılaşma əldə olunmasına ümiddən bəhs edən açıqlamalar reallığı əks etdirmir. Bu, daha çox siyasi manipulyasiya xarakterli görüntüyə bənzəyir. İstər nüvə proqramı ilə bağlı, istərsə də digər məsələlərlə əlaqədar ortaq məxrəcə gəlinməyib. Fəqət bütün bunlarla yanaşı ictimaiyyətə açıqlanmayan formada gizli razılaşma da əldə oluna bilər. Əgər bu baş veribsə, tərəflərin qalib, məğlub axtarmaqdan problemi həll etmək imkanları yaranmış olur. Ola bilsin gizli danışıqlar zamanı İran müəyyən kompromisə gedib, lakin  beynəlxalq aləmdə nüfuzunu qorumaq üçün fərqli görüntü sərgilənir. Bütün hallarda diplomatik üsulda tərəflərin razılığa gəlməsi də mümkündür. Əgər bu əldə olunarsa, razılığın tərkibinə baxmaq lazımdır. Razılaşmanın mahiyyəti aydın olduqdan sonra sanksiyaların yumşaldılması mövzusunda fikir söyləmək olar. İndiki qeyri- müəyyən durumda konkret rəy vermək mümkün deyil. ABŞ razılaşma görüntüsü yaradıb qəfil müharibə də başlada bilər”.


Nurgün Qənizadə

#İran #ABŞ #irəliləyiş #ola bilər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər