00:00:00
Yazar
Admin User
19.01.2015 18:33 468 1 dəq oxuma
Dünya

Rus tankları Ukraynaya girdi

Rusiya hərbi texnikasının Ukraynaya girməsi barədə Ukrayna baş naziri Arseni Yatsenyuk açıqlama verib
Rus tankları Ukraynaya girdi

"Hərbi kəşfiyyatımızın verdiyi məlumata görə, Rusiyadan Ukraynaya canlı qüvvə və hərbi texnika girib"

Bu barədə Ukrayna baş naziri Arseni Yatsenyuk açıqlama verib.

Baş nazir məsələni Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi ilə müzakirə etdiyini bildirib.

"Bu dəqiqələrdə mən MTMŞ-nın katibi ilə danışdım. Ukrayna hərbi kəşfiyyatı Rusiya ərazisindən Ukraynaya canlı qüvvə və xeysli sayda hərbi texnika keçdiyini təsdiqləyib. Ukraynaya keçən hərbçilər və texnika Rusiya ordusuna məxsusdur. Tanklar, Qaubiça, "Qrad" "Buk" sistemləri, Ukraynaya gətirilib", - deyə baş nazir bildirib.

Qeyd edək ki, son günlər Ukraynanın şərqində döyüşlər yenidən başlayıb. Rusiya meyilli separatçılar ordu qüvvələrinin mövqelərini atəşə tuturlar.

ANS PRESS

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər