00:00:00
Yazar
Admin User
15.12.2025 16:58 92 2 dəq oxuma
Sosial

Rus və ingilis bölmələrində Azərbaycan dilinin tətbiqi genişləndirilir

Rus və ingilis bölmələrində Azərbaycan dilinin tətbiqi genişləndirilir

Azərbaycanın təhsil sistemində mühüm dəyişikliklər həyata keçirilir. Artıq rus və ingilis bölmələrində də Azərbaycan dilinin tədrisi genişləndirilir.

 

Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov “İnformator.az”a açıqlamasında bildirib ki, rus və ingilis bölmələrində bəzi fənlərin Azərbaycan dilində tədrisinə başlama prosesi artıq bir neçə ildir davam edir:

 

“Bütün bölmələrdə çağırışaqədər hazırlıq və zəfər tarixi, həmçinin dərsdənkənar məşğələlər Azərbaycan dilində aparılır. Artıq üçüncü ildir ki, Azərbaycan tarixi fənni də Azərbaycan dilində tədris olunur. Qanunvericiliyə görə Azərbaycanda digər dillərdə də tədris təşkil oluna bilər, lakin bu, Elm və Təhsil Nazirliyinin və valideynlərin razılığı ilə mümkündür. Hazırda dövlət məktəblərinin təxminən 300-də rus bölməsi, 990-da gürcü bölməsi fəaliyyət göstərir, özəl məktəblərdə isə ingilis bölmələrinin sayı 34-dür. O əlavə edib ki, Təhsil haqqında qanunun 7-ci maddəsinə əsasən, digər dillərdə tədris təşkil olunduqda Azərbaycan dili dövlət dili kimi, Azərbaycan tarixi isə eyni qaydada tədris edilməlidir, çünki bu fənnlər şəxsi və vətəndaşlıq formalaşmasında böyük önəm daşıyır. Tədris əsasən Azərbaycan dilində təşkil edilməli, eyni zamanda məktəblərə imkan verilməlidir ki, xarici dillərdə ödənişli təhsil də həyata keçirilsin”.

 

Ekspert bildirib ki, bu proses şagirdlərin bacarığına müsbət təsir göstərir, xüsusilə ingilis və rus bölmələrində oxuyanların əksəriyyəti azərbaycanlıdır, o əlavə edib ki, Azərbaycan dilinin gündəlik istifadəsi artırılmalıdır, çünki rus bölməsində şagirdlərin sayı azalır, ingilis dilində isə danışıq gənclər arasında geniş yayılıb:

 

“Xarici dilləri bilən gənclərin sayının artması üçün çalışmaq lazımdır və bu problem deyil. Mətbuat, televiziya və informasiya vasitələri Azərbaycan dilində istifadə olunur və bütün dövlət müəssisələrində hər yerdə Azərbaycan dili tətbiq edilir. Azərbaycan dilinin tədrisinin artırılması qrammatik bilik və danışıq qabiliyyətini inkişaf etdirməyi tələb edir. İbtidai siniflərdə 8-10 saat dərs keçirilir və Azərbaycan dilinin qrammatik qaydalarını akademik səviyyədə bilmək ayrı məsələdir”.

 

Sonda ekspert bildirib ki, eyni zamanda xarici dil müəllimlərinin düzgün hazırlanması vacibdir və Azərbaycan dili dərslərinin sayını artırmaqla yanaşı, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin peşə standartları da yüksəldilməlidir.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər