Rusiya 2036-cı ilə qədər Ayda elektrik stansiyası tikməyi hədəfləyir
Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) 2036-cı ilə qədər Ayda elektrik stansiyası tikmək planlarını açıqlayıb.
Roskosmosdan verilən yazılı açıqlamada kosmik şirkət Lavoçkin ilə müqavilə imzalandığı bildirilib. Bəyanatda Lavoçkin ilə müqavilə çərçivəsində birgə işlərin aparılacağı qeyd edilərək əlavə edilib: "Bu səylərin nəticəsi olaraq, Rusiya 2036-cı ilə qədər Ayda elektrik stansiyası tikməyi hədəfləyir. Layihə davamlı fəaliyyət göstərən elmi Ay stansiyasının yaradılması və uzunmüddətli Ay tədqiqat proqramına keçid yolunda mühüm addımdır".
2021-ci ildə Roskosmos və Çin Milli Kosmik Administrasiyası arasında Ayda tədqiqat üçün birgə stansiyanın yaradılması ilə bağlı anlaşma memorandumu imzalanıb.
TRT Xəbər
Xədicə Məhərrəmli
