00:00:00
Yazar
Admin User
15.01.2026 18:50 86 1 dəq oxuma
Dünya

Rusiya Daxili İşlər Nazirliyinin təlim mərkəzində səs bombası partlayıb

Rusiya Daxili İşlər Nazirliyinin təlim mərkəzində səs bombası partlayıb

Rusiyanın Daxili İşlər Nazirliyinin Sıktıvkar şəhərindəki təlim mərkəzində səs bombasının partlaması nəticəsində 9 nəfərin yaralandığı bildirilib.

 

Rusiyaya bağlı Komi Respublikasının Səhiyyə Nazirliyindən verilən açıqlamada, Sıktıvkar şəhərində Rusiya Daxili İşlər Nazirliyinin təlim mərkəzində səs bombasının partladığı bildirilib.

 

“Hadisə nəticəsində 9 nəfər xəsarət alıb. Onlardan 4-nün vəziyyəti ağırdır. Yaralılara zəruri tibbi yardım göstərilir. Partlayışdan sonra yaranan sıx tüstü səbəbindən binadan 200 nəfər təxliyə edilib”,- deyə açıqlamada bildirilib.

 

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, səs bombasının partlaması nəticəsində 340 kvadratmetr sahədə yanğın baş verib.

 

Rusiya İstintaq Komitəsi isə hadisə ilə bağlı araşdırmaya başlanıldığını açıqlayıb.

 

TRT XƏBƏR

Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər