Rusiya dizel yanacağının ABŞ-ə tədarükü başlayıb
Razılaşmalar çərçivəsində Rusiya dizel yanacağının ABŞ-ə tədarükü başlayıb.
"İnformator.az" xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya dizel yanacağının ABŞ-ə tədarükü ritmik şəkildə davam edəcək.
Qeyd edək ki, Rusiya Energetika Nazirliyi artıq Rusiya dizel yanacağı daşıyan ilk tankerin ABŞ-ə göndərildiyini açıqlayıb.