00:00:00
Yazar
Admin User
01.09.2025 13:13 146 1 dəq oxuma
İqtisadiyyat

Rusiya miqrantlar üçün yeni dövlət rüsumları tətbiq edib

Rusiya miqrantlar üçün yeni dövlət rüsumları tətbiq edib

Sentyabrın 1–dən etibarən Rusiya miqrasiya axınlarının artması səbəbindən miqrantlar üçün yeni dövlət rüsumları tətbiq edib.

 

Mövzu ilə əlaqədar iqtisadçı Natiq Cəfərli bildirib ki, Rusiyada miqrantlara qarşı qanunların sərtləşməsi tək bir ölkə ilə bağlı deyil, məqsəd başqadır:

 

"Rusiyanın daxilində problemlər artır və müharibənin də sonu yaxınlaşır. Müharibənin sonu yaxınlaşdıqca Rusiya daxilindəki problemlərin hədəfi, ictimai problemlərin hədəfi miqrantlar olacaq. 

Rusiya miqrantlar haqqında qanunlarda daha çox sərt düzəlişlər edə bilər. Beləliklə miqrantlar haqqında daha sərt qanunların qüvvəyə minməsi orda yaşayan, çalışan miqrantların həyatını həddindən artıq çətinləşdirə bilər. Buna artıq bütün sovet ölkələri, o cümlədən Azərbaycan da hazır olmalıdır".

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər