00:00:00
Yazar
Admin User
10.11.2025 16:57 152 1 dəq oxuma
İqtisadiyyat

“Rusiya neftinin bazardan çəkilməsi ciddi problemlər yarada bilər”

“Rusiya neftinin bazardan çəkilməsi ciddi problemlər yarada bilər”

Avstraliya Ukraynaya dəstək çərçivəsində Rusiyadan birbaşa yanacaq tədarükünü dayandırdığını bəyan etsə də, ölkə 2023-cü ildən bəri dolayı yollarla 3 milyon tondan çox rus neft məhsulu idxal edib.

 

Mövzu ilə bağlı iqtisadi şərhçi Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya neftinə tətbiq olunan sanksiyalar Rusiya üçün müəyyən çətinliklər yaratsa da, onlar endirimə getməyə məcbur olurlar:

 

“Amma Rusiya neftinin tamamilə bazar çəkilməsinə səbəb olmayıb. Çünki Hindistan, Çin, Avropa ölkələrindən Macarıstan, Slavakiya, Avstriya alırlar. Sıxılmış qazı Fransa, Niderland alır. Amma başqa yolla alırlar, necə deyərlər ortada vasitəçi şirkətlər olur. Başqa şirkətlər vasitəsi ilə nefti onsuz da alırlar. Tamamilə bazardan çəkilsə neft bahalaşa bilər. Ona görə dünyada bir tərəfdən buna göz yumur, çünki tamamilə Rusiya neftinin bazardan çəkilməsi ciddi problemlər də yarada bilər, nefti bahalaşdıra bilər. Bunu Amerikada, Avropada istəmir”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər