Rusiya Odessada doğum evini "shahed" dronu ilə vurub
Rusiya ordusu Odessaya dron hücumu həyata keçirib, doğum evinə zərbə endirilib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, Odessa şəhərində və vilayətdə hava həyəcanı yerli vaxtla təxminən saat 00:36-da elan edilib.
Monitorinq kanalları Qara dəniz istiqamətindən çoxlu sayda "shahed" dronunun uçduğunu açıqlayıb. Tezliklə şəhərdə partlayışlar eşidilməyə başlayıb. Dronlar müxtəlif rayonlarda müşahidə edilib, onların yaşayış evlərinin üzərindən uçduğu eşidilib.