Rusiya Odessaya zərbələr endirdi
Rusiya dünən gecə saatlarında Ukraynanın müxtəlif nöqtələrinə hava zərbələri endirib.
İnformator.az CNN-ə istinadən xəbər verir ki, Rusiya qoşunları Qara dəniz sahilində yerləşən Odessada yaşayış məntəqələrini və ərzaq anbarını hədəfə alıb.
Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko Rusiya ordusunun 8 X-22 raketi ilə həyata keçirdiyi hücumda yaşayış məntəqələrində və anbarda yanğının baş verdiyi haqqında məlumat verib. Təxminən 10 min kvadratmetr ərazinin yandığını qeyd edən Geraşenko itkilər ilə bağlı və ya hücum barədə məlumatın olmadığını bildirib.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri ötən gecə ölkənin müxtəlif nöqtələrini hədəf alan Rusiyaya məxsus İran istehsalı olan 35 pilotsuz uçuş aparatının məhv edildiyi haqqında açıqlama verib.
Fatima
