Rusiya qitələrarası ballistik raketi sınaqdan keçirib
Rusiya Müdafiə Nazirliyi qitələrarası ballistik raketlə sınaq atışının həyata keçirildiyini açıqlayıb.
Bildirilib ki, döyüş başlığı daşıyan raket sınaq atəşi zamanı Qazaxıstanın Sarı-Şaqan poliqonunda hədəfi vurub.
Rusiya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada ölkənin cənubundakı Həştərxan bölgəsindəki Kapustin Yar poliqonundan qitələrarası ballistik raket atılıb.
Fatima Mustafayeva
