00:00:00
Yazar
Admin User
12.12.2025 15:25 102 1 dəq oxuma
İqtisadiyyat

Rusiya şirkətləri Türkmənistan bazarında investisiya layihələrinə kökləniblər

Rusiya şirkətləri Türkmənistan bazarında investisiya layihələrinə kökləniblər

 

Rusiya şirkətləri Türkmənistan bazarında yeni investisiya layihələrinin həyata keçirilməsinə kökləniblər.
Rusiya və Türkmənistan arasında ticarət dövriyyəsi artır. Cari ilin 10 ayı ərzində ticarət dövriyyəsi artıq 35 % artıb.

Mövzu ilə bağlı iqtisadçı Pərviz Heydərov "İnformator.az"a açıqlamasında bildirib ki, Türkmənistan resurslarının Avropaya çatdırılması mümkündür:

 

"Rusiya şirkətlərinin Türkmənistan bazarında yeni investisiya layihələri həyata keçirməsi, ilk növbədə, iki ölkənin qarşılıqlı iqtisadi, ticarət və siyasi əlaqələri çərçivəsində baş verir və regional inkişaf üçün mühüm əhəmiyyət kəsb edir. Lakin hazırda Rusiya şirkətlərinin elə güclü maliyyə imkanları və texnoloji qabaqcıl müəssisələri yoxdur ki, Türkmənistanda beynəlxalq səviyyəli, ən müasir investisiya layihələrini həyata keçirə bilsinlər. Bu layihələr əsasən ikitərəfli razılaşmalar çərçivəsində baş verir və Türkmənistan üçün hansı iqtisadi faydalar gətirəcəyi əsasən ölkə hökumətinin qərarına bağlıdır. Türkmənistan özü zəngin təbii resurslara, xüsusilə qaz ehtiyatlarına malikdir və bu resursların Avropa bazarına çıxarılması imkanları mövcuddur. Məsələn, gələcəkdə Transxəzər boru kəməri və ya digər yollarla Cənubi Qaz dəhlizi vasitəsilə Türkmənistan resurslarının Avropaya çatdırılması mümkündür. Bu baxımdan, Türkmənistanın inkişaf perspektivləri Rusiyadan kənarda da geniş imkanlar yaradır. Görünür, Rusiya şirkətləri də bu fürsəti qaçırmamaq üçün Türkmənistanda müvafiq layihələr həyata keçirməyə maraq göstərir. Belə əməkdaşlıq region üçün faydalıdır. Bu cür iqtisadi əlaqələr müsbət əhəmiyyət daşıyır və regionun inkişafına xidmət edir".


Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər