00:00:00
Yazar
Hüseynova Mələk
21.10.2026 22:01 22 1 dəq oxuma
Dünya

Rusiya Ukrayna və ABŞ ilə danışıqları bərpa etməyə hazırdır

Rusiya Ukrayna və ABŞ ilə danışıqları bərpa etməyə hazırdır

Rusiya Ukrayna ilə müharibənin başa çatdırılması məqsədilə ABŞ və Ukrayna ilə danışıqları bərpa etməyə hazırdır. Bu barədə Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla Sankt-Peterburqda keçirilən görüşdən sonra bildirib.

 

Uşakov növbəti danışıqların noyabrın 10-u ətrafında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilə biləcəyini qeyd edib. ABŞ rəsmisinin sözlərinə görə, Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin texniki səviyyədə üçtərəfli görüşünün keçirilməsi təklif olunub və hər iki tərəf bu təşəbbüsü qəbul edib.

 

Danışıqlar Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ arasında fikir ayrılıqlarının artdığı bir vaxta təsadüf edib. Zelenski və Avropa müttəfiqləri Moskvanı danışıqları dərhal bərpa etməyə çağırırlar. Tərəflər cəbhədəki vəziyyətlə bağlı fərqli mövqelər sərgiləyirlər. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci ilin fevralında başlayıb.

 

BBC

Fatimə Hüseynova

 

#Rusiya #Ukrayna #ABŞ
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər