Rusiya Ukraynaya yeni raketlə zərbələr endirir
Rusiya Ukraynaya yeni S-71K “Kover” qanadlı raketi ilə zərbələr endirməyə başlayıb.
"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat idarəsi məlumat yayıb.
Məlumata görə, Rusiya Birləşmiş Təyyarəqayırma Şirkətinin hazırladığı raket Su-57 təyyarəsindən atılmaq üçün nəzərdə tutulub.
Çəkisi 250 kq olan raket OFAB-250-270 qəlpəli-fuqaslı aviabomba ilə təchiz olunub. Üç yanacaq çəni raketin uçuş məsafəsini 300 km-a çatmasını təmin edir.
Bildirilib ki, S-71K “Kover” ilk dəfə 2025-ci ilin sonlarında istifadə olunub.