Rusiya Ukraynaya yeni zərbələr endirib
Rusiya səhər saatlarında Ukraynanın bir çox şəhərlərinə, o cümlədən paytaxt Kiyevə hava zərbələri endirib.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, hücumlarda ən azı 19 nəfər həlak olub.
Uman şəhərinin yerli hakimiyyət orqanları bəzi binalara atılan raketlər nəticəsində 17 nəfərin öldüyünü, 9 nəfərin yaralandığını açıqlayıb.
Ukrayna prezidenti Vlodimir Zelenski Umanda mülki əhalinin yaşadığı 10 binanın zədələndiyini və bu hücumların Rusiyanın qarşısını almaq üçün daha çox beynəlxalq səylərin göstərilməli olduğunu göstərdiyini bildirib.
Dnepr meri Boris Filatov şəhərdə bir qadın və üç yaşlı qızının öldüyünü açıqlayıb.
“İnterfaks” agentliyinin məlumatına görə, Kremençuk və Poltava şəhərlərində də partlayışlar olub.
Fatima
