00:00:00
Yazar
Banuçiçək Məmmədova
16.04.2026 22:51 27 1 dəq oxuma
Dünya

Rusiya və Türkiyə Cənubi Qafqazı müzakirə edib

Rusiya və Türkiyə Cənubi Qafqazı müzakirə edib

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiçlə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

 

"Cənubi Qafqazdakı vəziyyət müzakirə edilib. Regionda sülh və sabitlik maraqları naminə gələcək koordinasiyaya dair qarşılıqlı niyyət təsdiqlənib", - qurumdan bildirilib.

Qeyd olunub ki, tərəflər həmçinin Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparıblar.

#qafqazı #baki #xəbər #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər