Rusiyada 7 bal gücündə zəlzələ olub
Bu gün Rusiyanın Kamçatka bölgəsində 7 bal gücündə zəlzələ baş verib
Bu gün Rusiyanın Kamçatka bölgəsində 7 bal gücündə zəlzələ baş verib.
İnformator.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu haqda ABŞ Geoloji Araşdırmalar Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatski şəhərindən 106 km aralıda olub. Zəlzələnin ocağı 153 km dərinlikdə yerləşib.
Dağıntı və xəsarət alanlar barədə heç bir məlumat verilmir.
