Rusiyada Belarus pilotlarına verilən hərbi təlim başa çatıb
Rusiya Müdafiə Nazirliyi Minskə silahlar yerləşdirmək planı çərçivəsində Belarus pilotlarının taktiki nüvə silahı təlimini başa vurduğunu açıqlayıb.
İnformator.az Rusiya mediasına istinadən xəbər verir ki, Nazirliyin yaydığı kadrlarda belaruslu hərbi pilot Rusiyada keçirilən təlim kursu zamanı “Su-25” döyüş təyyarələrinin ekipajlarına bu silahlardan istifadə üçün lazımi bacarıqlar verildiyini deyib.
Rusiya prezidenti Vladimir Putin hələ keçən ay Moskvanın Belarusda bəzi taktiki nüvə silahları yerləşdirməyi planlaşdırdığını bəyan etmişdi.
Fatima Mustafayeva
