Rusiyada tramvay qəzası: 109 yaralı var
Rusiyanın Kemerovo şəhərində baş verən tramvay qəzasında 7-si uşaq olmaqla 109 nəfər xəsarət alıb.
Rusiya İstintaq Komissiyasının verdiyi açıqlamaya görə, Kemerovoda sərnişinləri olan iki tramvay toqquşub. Sərnişinlərin yaralandığı qəza ilə bağlı araşdırma başlanıb. Yaralılardan 19-u ağır, 4-ü xəstəxanaya göndərilib.
Rusiya Səhiyyə Nazirliyinin müşaviri Aleksey Kuznetsov jurnalistlərə açıqlamasında qəzada 7-si uşaq olmaqla 109 nəfərin yaralandığını açıqlayıb. Kuznetsov 4-ü ağır olmaqla 19 yaralının xəstəxanalara göndərildiyi barədə məlumat paylaşıb.
Zəhra Həsənova
TRT Haber
