Rusiyadan gələn tanker İstanbul boğazını bağlayıb
Rusiyadan Türkiyəyə gedən tanker İstanbul boğazında gəmiçiliyin hərəkətini dayandırıb.
"İnformator.az" xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi məlumata yayıb.
Məlumata görə, Rusiyadan Türkiyənin Kocaeli limanına gedən Barbados bayrağı altında üzən “Zefir Prosper” neft tankerinin sıradan çıxması səbəbindən İstanbul boğazında gəmiçilik hər iki istiqamətdə dayandırılıb.
Qeyd edək ki, ötən gün Rusiyaya məxsus “Kappa” adlı yük gəmisi İstanbul boğazında saya oturub