Rusiyadan Ukrayna taxılının daşınmasına əngəl
Rusiya Ukrayna taxılını ixrac üçün daşımağa hazır olan 50 quru yük gəmisini bloklayıb.
İnformator.az Rusiya mediasına istinadən xəbər verir ki, Aİ xarici işlər naziri Cozep Borrel və ABŞ-ın Ukraynadakı səfiri Bridget Brink Rusiyanın “taxıl sazişinin” həyata keçirilməsinə mane olduğunu bildirib.
"Rusiya yenidən Qara dənizdə taxıl daşıyan 50 gəminin qarşısını kəsir. Aİ BMT-ni dəstəkləyir və dünyanın 25 milyard ton taxıl aldığı "həmrəylik dəhlizləri" boyunca ixracı dəstəkləməyə davam edəcək", - deyə Borrell bazar ertəsi tvit paylaşıb.
ABŞ-ın Ukraynadakı səfiri Bridget Brink də bloklanan 50 gəmi haqqında tvit yazıb. Onun sözlərinə görə, bu gəmilər Boğazda bloklanıb Qara dənizə və Ukrayna limanlarına keçə bilmir.
“Rusiya razılaşmanın şərtlərinə riayət etmək əvəzinə Ukrayna iqtisadiyyatını boğmağa və ərzaq axınını ləngitməyə çalışır”, – deyə səfir əlavə edib.
Xatırladaq ki, ötən gün Ukrayna rəsmiləri də Rusiyanın "taxıl müqaviləsi" çərçivəsində ərzaq ixracatına əngəllər yaratdığını və razılaşmaya əməl etmdiyini ifadə etmişdi.
Rusiya tərəfi bu ittihamlara qarşı hələ ki rəsmi açıqlama bildirməyib.
Fatima
