Rusiyadan Ukraynanın bir çox şəhərinə raket hücumu
Rusiyadan Ukraynanın bir çox şəhərinə raket hücumları qarşılığında Ukrayna ordusu “Raketlərin çoxunu məhv etdik”, deyə məlumat yayıb.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya üç gün ərzində ikinci dəfə Ukraynanın bəzi şəhərlərini raketlərlə vurub. Xersonda səhərə qarşı baş verən hücumlarda bir nəfər həlak olub. Dnepr bölgəsində isə üçü uşaq olmaqla 25 nəfər yaralanıb.
Ukrayna ordusu isə 18 raketdən 15-nin hava qüvvələri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.
Ordunun bəyanatında paytaxt Kiyevə atılan bütün raketlərin havada vurulduğu bildirilib. Hücumlarla əlaqədar ölkənin hər yerində hava hücumu sirenləri səsləndirilib.
Sayad
