00:00:00
Yazar
Nərmin Həşimova
09.07.2026 17:09 32 1 dəq oxuma
İqtisadiyyat

Rusiyanın dizel ixracını dayandırması qiymətləri bahalaşdıracaq?- AÇIQLAMA

Rusiyanın dizel ixracını dayandırması qiymətləri bahalaşdıracaq?- AÇIQLAMA

Rusiya hökuməti daxili bazara tədarükü artırmaq üçün dizel yanacağının ixracına qadağa qoyub.

Bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak Vladimir Putinin hökumətlə keçirdiyi iclasda bildirib.


Mövzu ilə bağlı ”İnformator.az”a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Rusiya dizel yanacağının əsas ixracatçılarından biridir:


“Əgər ixraca qadağa və ya ciddi məhdudiyyət tətbiq olunarsa, dünya bazarında dizel təklifinin azalması riski yaranır. Bu da xüsusilə Rusiyadan yanacaq alan ölkələrdə qiymətlərin artmasına səbəb ola bilər. Bununla belə, təsirin miqyası qadağanın nə qədər davam etməsindən, hansı ölkələri əhatə etməsindən və digər istehsalçıların yaranan çatışmazlığı nə dərəcədə kompensasiya edə bilməsindən asılıdır. Əgər qadağa qısamüddətli olsa və alternativ tədarük mənbələri işə düşsə, qiymətlərdə artım məhdud qala bilər. Uzunmüddətli məhdudiyyət isə nəqliyyat, logistika və sənaye sektorunda xərcləri artıraraq qlobal enerji bazarında qiymət təzyiqini gücləndirə bilər”.

 

Nurgün Qənizadə

#Rusiya #qadağa #dizel #ixrac
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər