Rusiyanın İrkutsk vilayətindəki ticarət mərkəzində baş verən yanğın söndürülüb
Rusiyanın İrkutsk vilayətinin Anqarsk şəhərindəki "Avtomir" ticarət mərkəzində baş verən yanğın söndürülüb.
"İnformator.az" xəbər verir ki, bu barədə TASS agentliyinə regionun Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsindən məlumat verilib.
"Anqarsk şəhərindəki yanğın tam söndürülüb", – deyə məlumatda bildirilib.
İdarədən əlavə edilib ki, yanğın 3 min kvadratmetr sahədə lokallaşdırılmışdı.
Daha əvvəl Anqarskda, Çaykovski küçəsi, 1a ünvanında yerləşən ticarət mərkəzində yanğın başladığı barədə məlumat verilmişdi. Hadisə zamanı beş nəfər xilas edilib. İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Binada mühərrik yağları, şinlər, boya və lak məhsullarının saxlanılması yanğın yükünü artırdığı üçün alovun söndürülməsi çətinləşib.
