00:00:00
Yazar
Admin User
07.07.2025 04:36 120 1 dəq oxuma
Dünya

Rusiyanın İstanbul danışıqlarındakı nümayəndə heyəti dəyişə bilər

Rusiyanın İstanbul danışıqlarındakı nümayəndə heyəti dəyişə bilər

İstanbul danışıqlarında Rusiya tərəfinin üzərinə düşən vəzifələr dəyişərsə, o zaman qrupun tərkibinin də dəyişməsi mümkündür. 

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, Dövlət Dumasının deputatı Leonid İvlev TASS-a açıqlamasında belə deyib.

 

L.İvlevin sözlərinə görə, hazırkı danışıqlar qrupu hazırda bütün vəzifələrin öhdəsindən gəlir və onun tərkibi yaxşı balanslaşdırılmışdır. Lakin gələcəkdə Rusiya prezidenti Vladimir Putin onu dəyişdirmək qərarına gələ bilər: "Bunlar müasir informasiyaya, dünya siyasətində təcrübəyə, biliyə malik, Ukraynanı bilən insanlardır. Yeni vəzifələr olacaqsa, qrupda dəyişiklik də mümkündür. Amma buna prezident qərar verir".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər