Rusiyanın Kiyevə dron hücumu nəticəsində iki nəfər ölüb
Rusiyanın Kiyevə "şahed" dronları ilə zərbə endirməsi nəticəsində 2 nəfər ölüb, 12 nəfər yaralanıb.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, paytaxtın meri Vitali Kliçko 9 yaralının xəstəxanaya yerləşdirildiyini, 3 nəfərə yerində yardım göstərildiyini bildirib.
"Təəssüf ki, iki nəfər ölüb. Bu dəhşətli itkidir. Yaxınlarına və doğmalarına başsağlığı verirəm", - Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko deyib.