00:00:00
Yazar
Admin User
19.01.2015 10:05 962 1 dəq oxuma
Maraqlı

Rusiyanın ölməz əfsanəsi: “Bolşoy Teatr” şəkillərdə

Rusiyanın dəfələrlə yenidən qurulan, bərpa edilən mədəni abidəsi "Bolşoy Teatr"
Rusiyanın ölməz əfsanəsi: “Bolşoy Teatr” şəkillərdə

“Bolşoy Teatrın” əsası 17 Mart 1776-cı ildə qoyulub. O Petrovka Teatrı kimi tanınmağa başlayıb və 1780-ci ilin Dekabrından etibarən opera və dram əsərləri səhnələşdirməyə başlayıb.

Rusiyanın məhşur “Bolşoy Teatr”ı Noskvada 18 Yanvar 1825-ci ildə açılıb. Bu dünyanın ən böyük opera və balet teatrlarından biridir. Teatrın ilk dəfə inşa olunan binası o zamandan etibarən dəfələrlə yanıb, bərpa olunub. Sonuncu dəfə 2011-ci ilin oktyabrında teatrın binası 6 il davam edən əsaslı təmir-bərpa işlərindən sonra istifadəyə verilib.

Tamaşaçı salonundakı çilçıraq 24000 elementdən ibarətdir. Teatrın tamaşaçı tutumu 1740 nəfərdir. Ən maraqlısı isə odur ki, tamaşalara biletlər 2 ay əvvəldən satılıb qurtarır. Teatrın biletlərinin qiyməti 60 dollardan başlayır. Buna baxmayaraq, Bolşoy Teatr tamaşaçı sarıdan problem yaşamır.

Bolşoy teatrda əsas binadan əlavə emalatxana da var. Bütün dekorasiyalar, kostyumlar, dülgər sexi, səsyazma studiyası və digər yardımçı sahələr emalatxanada yerləşir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər