00:00:00
Yazar
Admin User
21.11.2025 14:29 116 1 dəq oxuma
İqtisadiyyat

Rusiyanın Türkiyəyə qaz tədarükü 16% artıb

Rusiyanın Türkiyəyə qaz tədarükü 16% artıb

Bu ilin yanvar-sentyabr aylarında Rusiya Türkiyəyə boru kəmərləri ilə qaz tədarükünü ötən ilin eyni dövrü ilə müqayisədə 16% artıraraq 16 milyard kubmetrə çatdırıb.


Mövzu ilə bağlı iqtisadi şərhçi Natiq Cəfərli “İnformator.az”a açıqlamaslnda bildirib ki, Rusiyanın Türkiyəyə qaz idxalının artması təbiidir:


“Rusiya qaz sata bilmir. Bir çox Avropa ölkələrinə sata bilmir. Amma Türkiyəyə satır və Türkiyədə bundan doğru şəkildə istifadə edir. Daha ucuz almağa çalışır, çünki Türkiyə çox asılıdır neft və qaz təminatından. 97-98% xarici bazarlardan asılıdır, yəni xarici ölkələrdən alır enerji təminatını. Bu da çox böyük rəqəmdir. Ona görə də normaldır, burada problem yoxdur, əksinə Rusiyanın Türkiyədən asılılığını artıran amilə çevrilir və nəticə etibarı ilə də Rusiya başqa bazarlara çıxış imkanı əldə edə bilmədikdə, Türkiyəyə daha çox möhtac olur. Türkiyədə də daha çox endirimli qiymətlər tələb etmə imkanları və fürsətləri yaranır vəRusiya qazını daha ucuz almağa çalışır".


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər