00:00:00
Yazar
Nərmin Həşimova
21.03.2026 22:20 98 2 dəq oxuma
İqtisadiyyat Özəl

Rusiyaya ixrac azalır: Azərbaycan yeni bazarlara yönəlir

Rusiyaya ixrac azalır: Azərbaycan yeni bazarlara yönəlir

Son illərdə Azərbaycan iqtisadiyyatında qeyri-neft-qaz sektorunun inkişafı və ixracın şaxələndirilməsi prioritet istiqamətlərdən birinə çevrilib. Bu baxımdan müxtəlif ölkələrlə ticarət əlaqələrinin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Lakin 2026-cı ilin yanvar-fevral aylarının göstəriciləri göstərir ki, Azərbaycanın bəzi əsas tərəfdaşları ilə, xüsusilə Rusiya ilə qeyri-neft-qaz məhsullarının ixracında azalma müşahidə olunur. Rusiyaya ixrac 1,1% azalaraq 149,1 milyon dollar təşkil edib. Bu azalma fonunda isə Türkiyə və Gürcüstan kimi ölkələrə ixracın artması diqqət çəkir və Azərbaycanın yeni bazarlara yönəldiyini göstərir.


Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “İnformator.az”a bildirib ki, Rusiyaya qeyri-neft-qaz ixracında azalmanın bir neçə əsas səbəbi ola bilər: 


“İlk növbədə, Rusiya bazarında iqtisadi aktivliyin zəifləməsi və əhalinin alıcılıq qabiliyyətinin müəyyən qədər aşağı düşməsi idxala tələbi məhdudlaşdırır. Bundan əlavə, rublun məzənnəsindəki dəyişkənlik Azərbaycan məhsullarının qiymət rəqabətliliyinə təsir göstərə bilər. Logistika və ödəniş mexanizmlərində mövcud çətinliklər, o cümlədən sanksiyalar fonunda bank əməliyyatlarının mürəkkəbləşməsi də ticarət həcmlərinə mənfi təsir edən amillər sırasındadır. Paralel olaraq, Azərbaycan ixracatçıları daha sabit və gəlirli bazarlara – Türkiyə, Gürcüstan və Avropa istiqamətlərinə yönəlməklə bazar diversifikasiyasını gücləndirirlər”.

 

Akif Nəsirli vurğulayıb ki, bu tendensiyanın uzunmüddətli olub-olmaması bir neçə faktordan asılıdır: 


“Əgər Rusiyada iqtisadi sabitlik bərpa olunarsa və logistika problemləri qismən həll edilərsə, ixrac yenidən arta bilər. Lakin Azərbaycan ixracının coğrafiyasının şaxələndirilməsi strategiyası davam edərsə, Rusiyanın payı ümumi ixrac strukturunda nisbətən azala bilər. Bu isə daha çox struktur xarakterli dəyişiklik kimi qiymətləndirilə bilər”.


Mehriban Yariyeva

#baki #bazarlara #ixrac #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər