Rusiyaya məxsus hərbi helikopter qəzaya düşdü - 2 ölü
Rusiya Müdafiə Nazirliyi Krımda Mi-28 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində iki əsgərin həlak olduğunu bildirib.
İnformator.az NTV-yə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada Mİ-28 tipli hərbi helikopterin Krımda təlim uçuşu zamanı qəzaya uğradığı bildirilib.
Qəzada iki əsgərin öldüyünə dair məlumatların yer aldığı açıqlamada ilkin təsbitlərə görə helikopterin texniki nasazlıq səbəbindən qəzaya uğradığı qeyd edilib.
Açıqlamada hadisə ilə bağlı araşdırmaya başlanıldığı qeyd olunub.
