00:00:00
Yazar
Səadət Əlizadə
24.09.2026 19:13 55 1 dəq oxuma
İqtisadiyyat

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı
genişləndirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Çin Azərbaycanla Günəş və külək enerjisi sahəsində bir sıra layihələr üzrə əməkdaşlıq həyata keçirir.
Bunu Çinin Azərbaycandakı səfiri Lu Mey Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr olunan qəbulda çıxışı zamanı deyib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, Çin bərpa olunan enerji avadanlıqlarının istehsalında dünyada lider mövqedədir:

 


“Günəş panelləri və külək generatorlarının böyük əksəriyyəti, yəni dörddə üçündən çoxu Çində istehsal olunur. Bu avadanlıqların texniki xidməti və təmiri də əsasən Çin şirkətləri həyata keçirir”.

 


Əlavə olaraq iqtisadçı vurğulayıb ki, Çinlə bərpa olunan enerji sahəsində əməkdaşlıq istənilən ölkə, o cümlədən Azərbaycan üçün əhəmiyyətlidir:

 

“Azərbaycanda Çinli investorlar üçün bu sahədə fəaliyyət göstərməyə əlverişli şərait yaradılıb. Azərbaycanın bərpa olunan enerji potensialından istifadə etmək vacibdir. Ölkənin coğrafi və təbii şəraiti günəş və külək enerjisindən istifadə üçün əlverişlidir”.

 

Nəticə olaraq bildirib ki, çinlə əməkdaşlıq Azərbaycanın bərpa olunan enerji potensialının reallaşdırılmasında və enerji istehsalının artırılmasında mühüm rol oynaya bilər. Çin-Azərbaycan əməkdaşlığının genişlənəcəyi, investorların cəlb olunması, birgə layihələrin həyata keçirilməsi və yeni texnologiyalardan birgə istifadə istiqamətində əlaqələrin inkişaf etdiriləcəyi gözlənilir.

 

Səadət Əlizadə

#gündəm #çinlə #əməkdaşlığı #külək #sahəsində
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər