00:00:00
Yazar
Zəri Bayramlı
06.07.2026 14:54 20 1 dəq oxuma
İqtisadiyyat

Səfir: Qahirə SOCAR-ın Misirdəki layihələrdə iştirakında maraqlıdır

Səfir: Qahirə SOCAR-ın Misirdəki layihələrdə iştirakında maraqlıdır

 

Misir şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki bərpa layihələrində iştirak etməkdə maraqlıdır, Qahirə həmçinin energetika sahəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlığın genişləndirilməsinə ümid edir.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Misirin Azərbaycandakı səfiri Husaməddin Əffat Mustafa Reda " Report"a müsahibəsində bildirib.

 

"Bu gün Misirdə irimiqyaslı geoloji kəşfiyyat işləri aparılır. Biz Azərbaycanın enerji sektorunun aparıcı şirkəti olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bazarımızda iştirakında maraqlıyıq. Artıq SOCAR-ın Misirdə iştirakı ilə bağlı müzakirələrə başlamışıq", - səfir qeyd edib.

 

Onun sözlərinə görə, Misirin neft nazirinin bu yaxınlarda etdiyi səfər zamanı SOCAR-la çox məhsuldar danışıqlar baş tutub.

 

Bununla yanaşı, diplomat vurğulayıb ki, şirkətlər yekun müqavilələr imzalanana qədər detalları açıqlamırlar: "Biz Azərbaycan şirkətlərinin həm karbohidrogenlərin kəşfiyyatı və hasilatı sahəsində, həm də emal seqmentində iştirakını alqışlayırıq. Biz onlara hərtərəfli dəstək göstərməyə hazırıq".

 

Səfir vurğulayıb ki, Misir Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi sahəsində artıq Bakı ilə əməkdaşlıq edir:

 

"Bu, ərazilərin bərpası üçün ən vacib şərtdir. Mütəxəssislərimiz bu sahədə böyük təcrübəyə malikdirlər. Misir şirkətləri həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa layihələrində iştirak etməkdə maraqlıdırlar. Əlbəttə, yekun qərarlar iqtisadi məqsədəuyğunluqdan və müqavilə şərtlərindən asılıdır. Lakin iştirak üçün maraq və imkanlar sözsüz ki, mövcuddur".

 

 

 

 

#maraqlıdır #socar-ın #layihələrdə #azərbaycan #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər