00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
04.09.2026 21:52 94 2 dəq oxuma
Maraqlı

Şəkərin təsiri 70 il sonra ortaya çıxa bilər: Araşdırmadan təəccübləndirən nəticə

Şəkərin təsiri 70 il sonra ortaya çıxa bilər: Araşdırmadan təəccübləndirən nəticə

Uşaqlıq dövründə qəbul edilən şəkərin təsiri illər sonra ortaya çıxa bilər. İngiltərədə aparılan yeni araşdırma həyatın ilk dövrlərində qidalanma vərdişləri ilə yetkin yaşlarda yaranan bəzi sağlamlıq problemləri arasında uzunmüddətli əlaqə ola biləcəyini göstərib.


Alimlər təxminən 65 min insanın sağlamlıq məlumatlarını araşdırıblar. Tədqiqat üçün İkinci Dünya müharibəsindən sonra İngiltərədə tətbiq olunan şəkər məhdudiyyətlərindən istifadə edilib. 1951-1956-cı illər arasında doğulan insanların sağlamlıq göstəriciləri təhlil edilərək erkən yaşlarda şəkər qəbulunun sonrakı illərə təsiri araşdırılıb.

 

İlk iki ildə az şəkər qəbul edənlərdə risk daha aşağı olub

Araşdırmanın nəticələrinə görə, həyatının ilk iki ilində daha az şəkər qəbul edən insanlarda yetkinlik dövründə bəzi xərçəng növlərinə tutulma ehtimalı daha aşağı olub.Tədqiqatçılar aşağı şəkər qəbulunun qaraciyər xərçəngi riskinin təxminən 69 faiz, döş xərçəngi riskinin isə 36 faiz azalması ilə əlaqəli olduğunu bildiriblər. Prostat, düz bağırsaq və ağciyər xərçəngləri ilə bağlı göstəricilərdə də oxşar istiqamətdə nəticələr müşahidə edilib.


Hüceyrə yaşlanması ilə bağlı da fərq aşkarlanıb

Alimlərin diqqət çəkdiyi digər məqam telomerlərlə bağlı olub. Telomerlər xromosomların uclarında yerləşən və bioloji yaşlanmanın göstəricilərindən biri hesab edilən strukturlardır.Araşdırmada erkən yaşlarda daha az şəkər qəbul edən insanların telomerlərinin daha uzun olduğu müəyyən edilib. Tədqiqatçılar bu fərqin hüceyrə səviyyəsində təxminən iki illik daha yavaş yaşlanma ilə uyğun gəldiyini bildiriblər.

Uşaqlıqda formalaşan vərdişlər illərlə davam edə bilər

Araşdırmanın müəllifləri erkən yaşlarda formalaşan qidalanma vərdişlərinin sonrakı həyat dövründə də davam edə biləcəyinə diqqət çəkiblər.Daha az şəkər qəbul edən uşaqların 50 yaşlarında da şəkər istehlakının daha aşağı olduğu və daha sağlam qidalanma vərdişlərini qoruduğu müşahidə edilib.

 

Səkinəbəyim Cəfərova

Xəbər Türk 

#təəccübləndirən #şəkərin #təsiri #nəticə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər