Sözün yaddaşında qalan ad-Tofiq Mütəllibovun Xatirəsinə
30 oktyabr-Azərbaycan ədəbiyyatının dərin iz buraxmış simalarından biri, sevilən şair Tofiq Mütəllibovun anım günüdür.
Bu gün onun səsi radiolardan, kitab səhifələrindən eşidilməsə də, sözünün işığı hələ də ədəbiyyatın yaddaşında yanır. Tofiq Mütəllibov elə bir şair idi ki, onun misralarında həm xalqın ağrısı, həm də insanın iç səsi var idi. O, sözün sadəliyini saxlamaqla onun dərinliyini göstərməyi bacarıb. Onun poeziyasında vətən, insanlıq, sevgi və həyat fəlsəfəsi bir-birinə qarışır, hər bənddə oxucu öz ürəyindən bir pay tapıb.
O, həyatı boyu təvazökar yaşadı, amma söz aləmində ucalığı seçilib. Onun yazdıqları bir dövrün deyil, bir hissin, bir ruhun ifadəsidir. Tofiq Mütəllibovun şeirləri insanı sakitcə düşündürən, eyni zamanda içdən silkələyən misralardır.
Bu gün biz onun yoxluğunu deyil, sözünün varlığını xatırlayırıq. Çünki o, ədəbiyyatın yaddaşına silinməz imza atıb. Zaman keçir, amma yaxşı şairlər ölmür-onlar hər dəfə bir şeir misrasında yenidən doğulur. Ruhu şad olsun, Tofiq Mütəllibov. Sənin sözün bu xalqın yaddaşında yaşayır…
Banuçiçək Məmmədova
